Ana Sayfa > Ölkə > Yağışlı hava ilə bağlı BDYPİ-dən - Xəbərdarlıq
Yağışlı hava ilə bağlı BDYPİ-dən - XəbərdarlıqDünən, 23:14. Yazar: vasif |
![]() BDYPİ hazırda müşahidə olunan hava şərait ilə bağlı xəbərdarlıq edib. “aia.az”nun məlumatına görə, xəbərdarlıqda deyilir: “Qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşıb. Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir. Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir”. [url=]My Webpage[/url] Geri dön |