Ana Sayfa > Ölkə > Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilibBu gün, 16:20. Yazar: vasif |
![]() Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib Siyasət29.05.202615:10146 Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən əhalinin ixtiyarına verilib. aia.az "Report"a istinadən xəbər verir ki, divarlarında aşınmalar və zədələnmələr aşkar edilən mərkəzdə yenidənqurma işləri aparılıb. Əsaslı təmir edilən Mədəniyyət Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarəetmə, həmçinin turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Üçmərtəbəli binada müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa və suvenir mağazası, bufet fəaliyyət göstərəcək. 348 yerlik tamaşamı yeri olan mərkəzdə film nümayişi, tamaşa, təqdimat, konsert, rəsmi görüş və digər tədbirlərin keçirilməsi üçün, yüksək şərait təmin edilib. Qeyd edək ki, mərkəz şəhərdə kütləvi tədbirlərin keçiriləcəyi əsas məkanlardan biri olacaq. Geri dön |