Ana Sayfa > Parlament / Karusel > Rusiya azərbaycanlı qadını İnterpol xətti ilə axtarışa verdi
Rusiya azərbaycanlı qadını İnterpol xətti ilə axtarışa verdi17-03-2017, 11:53. Yazar: admin |
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Simat Babayeva 1992-ci ildə Azərbaycanın Bakı şəhərində doğulub. O, Rusiyada qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilir. Onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub. AİA.az Geri dön |