Ana Sayfa > Manşet / Ölkə > Razi Nurullayev: “Hər uşağa 500 manat verilsə...”

Razi Nurullayev: “Hər uşağa 500 manat verilsə...”


Bu gün, 11:37. Yazar: azer
Razi Nurullayev: “Hər uşağa 500 manat verilsə...”

“Sahibkarlığın hazırki vəziyyəti məni qane etmir. Sahibkarlıq fəaliyyəti yüksək səviyyədə olsa idi, rəqabətli iş yerləri çox olardı. Azərbaycanda əsas vergi ödəyiciləri böyük şirkətlərdir, dövriyyələri milyard manatdan çoxdur. Kiçik və Orta Biznes Agentliyi sahibkarlığın inkişafı üçün müəyyən addımlar atır. Amma bu, kifayət etmir, çünki maneələr var”.

Bunu Milli Məclisin deputatı Razi Nurullayev “M Media Azerbaijan” “Youtube” kanalına müsahibəsində bildirib.

Deputat qeyd edib ki, bu sahədə şəffaflıq, dürüstlük olmalı, işmərkəzli fəaliyyət ortaya qoyulmalıdır:

“Sahibkarları da bəzi hallarda günahlandırıram, doğruları deməkdən çəkinməməlidirlər. Ölkənin Prezidenti səviyyəsində siyasi iradə var... Biznes inkişaf etməlidir, daha çox vergi ödənilməlidir... Amma sahibkar biznesin “A” nöqtəsindən başlayır, “Z” nöqtəsinə getməyə çalışır, “M”də dayanır, ya da Gürcüstana, Özbəkistana, Qazaxıstana gedir. Sahibkar işini yarıda saxlayırsa və ya ölkəni tərk edirsə, deməli, problemlər var. İcazələri alınması və s. əngəllər var. “Bir pəncərə sistemi” hər şeyi həll etmir, sən fiziki olaraq görüşməyənədək, kimlərdənsə xahişlər etməyənədək 0 nöqtəsindən tərpənə bilmirsən. Təbii ki, müsbət məqamlar da müşahidə olunur, razı olanlar da var, amma narazı təbəqə daha çoxdur. Sahibkarların yanında ona görə dayanıram ki, iş yerlərini onlar yaradırlar. Həmin şəxslərin pul qazanmasına nifrət etmək, qısqanc yanaşmaq lazım deyil. Azərbaycanda pullu adamlara nifrətlə baxırlar... Hər kəs çalışmalıdır ki, özü öz ayağı üzərində dayansın. Dövlətdən yardım alınmasının, “uşaqpulu”nun verilməsinin tərəfdarıyam, amma həqiqəti bilməliyik: dövlət hər uşağa 500 manat versə belə, insanlar yenə narazı qalacaqlar, çünki 500 manata görə həyatlarını quracaqlar, məbləğ bəs etməyəcək, növbəti tələb 1000 manat olacaq. Dövlət yardım versin, amma onunla yaşamaq, gözəl həyat sürmək mümkün olmayacaq. Ona görə də hər bir insan işləməlidir, pul qazanmağı bacarmalıdır. Bacaran, əziyyət çəkən iş qura bilir. Dövlətin də yardımı üstünlükdür, amma yardımla heç vaxt xoşbəxt yaşamaq mümkün deyil”.//Pravda.az
Geri dön