Ana Sayfa > Gündəm > Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək
Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcəkBu gün, 11:24. Yazar: azer |
![]() Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək. aia..az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, qəbul iyunun 2-də Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil ediləcək. Vurğulanıb ki, saat 10:00-dan etibarən Abşeron və Zəngilan rayonları sakinləri qəbul ediləcəklər. Qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq. Qeyd olunub ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Geri dön |