Ana Sayfa > Ölkə > Beyləqanda altıotaqlı ev yandı

Beyləqanda altıotaqlı ev yandı


Bu gün, 10:04. Yazar: vasif

Beyləqanda altıotaqlı ev yandı


Beyləqanda altıotaqlı ev yanaraq külə dönüb.

“aia.az” xəbər verir ki, hadisə ötən gecə rayonunun Qəhrəmanlı kəndində baş verib.

Məlumata görə, kənd sakini Bəhmən Etibar oğlu Kərimova məxsus 6 otaqlı yaşayış evində baş verən yanğın nəticəsində ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb və onun yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ev sahibi Bəhmən Kərimov FHN-in Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.
Geri dön