Ana Sayfa > Karusel / Dünya > Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər
Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblərBu gün, 19:51. Yazar: vasif |
![]() ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər. "aia.az" xəbər verir ki, bu barədə "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid sosial mediada məlumat verib. "ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər. Lakin Prezident (ABŞ) Donald Tramp hələlik yekun razılığını verməyib. Prezident vasitəçilərə bildirib ki, yekun qərar verməzdən əvvəl bunu nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var", - deyə o, vasitəçilikdə iştirak edən iki yüksək vəzifəli ABŞ rəsmisinə və regional mənbəyə istinadən qeyd edib.(Report) Geri dön |