Ana Sayfa > Parlament / Karusel > Erməni general Qarabağda yaralandı? - YENİLƏNİB - FOTO
Erməni general Qarabağda yaralandı? - YENİLƏNİB - FOTO17-03-2017, 10:53. Yazar: admin |
Qondarma "DQR"in "müdafiə naziri", general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib. AİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin "DQR müdafiə nazirliyi"nin nümayəndəsi Senor Həsrətyan "Novosti Armeniya" agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, "dezinformasiya" adlandırıb. Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, "Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan" hərbçiləri mükafatlandırıb. ---------- 10:08 Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun generalı və iki yüksək rütbəli zabiti ağır yaralanıb. AİA.Az xəbər verir ki, apa.tv-nin "Iragir.am" saytına istinadən verdiyi məlumata görə, onlar partlayış nəticəsində ağır xəsarət alıblar. Partlayışın hansı səbəbdən və hansı şəraitdə baş verdiyi açıqlanmır. Yaralı general-leytenant Levon Mnatsakanyan və iki zabit xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu deyilir. AİA.az Geri dön |