Ana Sayfa > Dünya > Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır"

Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır"


Dünən, 21:37. Yazar: vasif
Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır"


Ermənistan və ABŞ yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini yekun olaraq imzalayacaqlar.

"aia.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nor Açində keçirilən seçkiqabağı kampaniya zamanı bildirib.

"Ermənistan və ABŞ TRIPP layihəsinin icrasına dair sazişin mətnini razılaşdırıblar. TRIPP layihəsi reallığa çevrilir. Mətn razılaşdırılıb və yekun imzalanmaya hazırdır. Bu, yaxın vaxtlarda baş tutacaq", - deyə Paşinyan vurğulayıb.(oxu.az)
Geri dön