Ana Sayfa > Manşet / Ölkə > Bu məhkəmələrə yeni sədr və hakimlər təyin edildi

Bu məhkəmələrə yeni sədr və hakimlər təyin edildi


Bu gün, 17:47. Yazar: azer
Bu məhkəmələrə yeni sədr və hakimlər təyin edildi

Prezident İlham Əliyev apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

aia.az xəbər verir ki, Sərəncama əsasən,

apellyasiya məhkəmələri üzrə:

Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri

Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri

ağır cinayətlər məhkəmələri üzrə:

Rəşad Şəmşir oğlu Əliyev - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri

Rafail Əyyub oğlu Əliyev - Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

Fikrət Cilingir oğlu Hüseynov - Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri

Zaur Arif oğlu Hacıyev - Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Günel Kamil qızı Səmədova - Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Azər Ramiz oğlu Tağıyev - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi

hərbi məhkəmələr üzrə:

Taleh Məhəmmədəli oğlu Mustafayev - Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi

kommersiya məhkəmələri üzrə:

Gündüz Əhməd oğlu Şirinov - Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Vahid Nəriman oğlu Sadıqov - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri

rayon (şəhər) məhkəmələri üzrə:

Tərlan Vaqif oğlu Nüsrətov - Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri

Şəhriyar İbrahim oğlu Əliyev - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri

Nural Turab oğlu Əliyev - Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Geri dön