Ana Sayfa > Özəl > TƏCİLİ: İran hava məkanında GƏRGİNLİK – SEPAH ABŞ-a qarşı hərəkətə keçdi
TƏCİLİ: İran hava məkanında GƏRGİNLİK – SEPAH ABŞ-a qarşı hərəkətə keçdi26-05-2026, 12:11. Yazar: vasif |
![]() İranla ABŞ arasında gərginlik yenidən yüksəlir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus pilotsuz uçuş aparatları və hərbi təyyarələrin İran hava məkanını pozduğunu açıqlayıb. SEPAH-ın yaydığı məlumata görə, hadisə Fars körfəzi bölgəsində baş verib. Bildirilib ki, ABŞ ordusuna məxsus bir neçə PUA və F-35 qırıcısı İran sərhədlərinə yaxın fəaliyyət göstərib. İran tərəfi hava hücumundan müdafiə qüvvələrinin dərhal reaksiya verdiyini açıqlayıb. Məlumata əsasən, “RQ-4” pilotsuz aparatı və “F-35” qırıcısı hava məkanını tərk etməyə məcbur edilib, “MQ-9” tipli PUA-lardan biri isə vurularaq məhv edilib. SEPAH bəyanatında ABŞ ordusunun bölgədə “avantürist və təxribat xarakterli fəaliyyətlərini” davam etdirdiyi vurğulanıb. İran tərəfi həmçinin bildirib ki, mümkün atəşkəs pozuntularına və təhlükəsizlik risklərinə qarşı cavab verməyi özünün qanuni hüququ hesab edir. Hadisə regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb və beynəlxalq mediada geniş rezonans doğurub. Geri dön |