Ana Sayfa > Özəl > Ermənistanda seçki öncəsi SON MƏNZƏRƏ – Paşinyan rəqiblərini geridə qoyur

Ermənistanda seçki öncəsi SON MƏNZƏRƏ – Paşinyan rəqiblərini geridə qoyur


Bu gün, 21:47. Yazar: vasif
Ermənistanda seçki öncəsi SON MƏNZƏRƏ – Paşinyan rəqiblərini geridə qoyur


Ermənistanda keçirilən son rəy sorğusu Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçki yarışında açıq üstünlüyə sahib olduğunu göstərib.

Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) keçirdiyi sorğuya əsasən, respondentlərin 32 faizi Paşinyanın partiyasına səs verəcəyini bildirib. İkinci yerdə isə cəmi 6 faizlə rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku qərarlaşıb.

Sorğu nəticələrinə görə, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi siyasi qüvvəyə dəstək 4 faiz, Qaqik Sarukyanın partiyasına dəstək isə 3 faiz səviyyəsində qalıb.

Analitiklər bildirirlər ki, seçicilərin əhəmiyyətli hissəsi Ermənistanın hazırkı istiqamətini müsbət qiymətləndirir. Respondentlərin 61 faizi ölkənin doğru istiqamətdə irəlilədiyini düşündüyünü deyib.

Müşahidəçilərin fikrincə, qarşıdan gələn seçkilər yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də Ermənistanın gələcək geosiyasi kursu ilə bağlı mühüm qərar olacaq. Paşinyan Qərblə münasibətləri gücləndirməyə çalışdığı halda, əsas müxalif qüvvələr Rusiyaya yaxın siyasət yürüdür.

Ekspertlər hesab edir ki, təhlükəsizlik və xarici siyasət məsələləri seçki kampaniyasının əsas mövzusu olaraq qalır. Bununla yanaşı, iqtisadi problemlər də cəmiyyətin əsas narahatlıqları sırasında yer alır.
Geri dön