Ana Sayfa > Özəl > Rusiyadan yeni QANUN – Postsovet məkanına təzyiq artır?
Rusiyadan yeni QANUN – Postsovet məkanına təzyiq artır?Bu gün, 21:06. Yazar: vasif |
![]() Kremlin imzaladığı yeni qanun beynəlxalq siyasətdə ciddi müzakirələrə səbəb olub. Vladimir Putinin təsdiqlədiyi sənədə əsasən, xarici ölkələrdə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının “qorunması” üçün hərbi qüvvədən istifadə mümkün olacaq. Qanunda qeyd olunur ki, Moskvanın tərəf olmadığı beynəlxalq qərarlar əsasında həbs edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə ordu qüvvələri işə cəlb oluna bilər. Bu addım xüsusilə postsovet məkanında yeni risklər yaradacağı ilə bağlı narahatlıqları artırıb. Siyasi ekspertlər hesab edir ki, Kreml bu qanunla xaricdə yaşayan ruslar məsələsini gələcəkdə siyasi və hərbi təsir vasitəsinə çevirə bilər. Bir çox müşahidəçilər sənədi Rusiyanın qonşu ölkələrə yönəlik təzyiq strategiyasının yeni mərhələsi kimi qiymətləndirir. Professor Fikrət Yusifov bildirib ki, Rusiya uzun illərdir beynəlxalq hüquq normalarını nəzərə almayan siyasət yürüdür. Onun fikrincə, qəbul edilən yeni qanun Moskvanın daha sərt və təhlükəli addımlar atmasına zəmin yarada bilər. Ekspert vurğulayıb ki, belə qərarlar xarici ölkələrdə yaşayan rusların davranışına da təsir göstərə və gələcəkdə yeni siyasi gərginliklər yarada bilər. Analitiklər hesab edir ki, bu qanun xüsusilə Ukrayna müharibəsi fonunda Rusiyanın beynəlxalq münasibətlərdə daha aqressiv xətt seçdiyini göstərən növbəti siqnallardan biridir. Geri dön |