Ana Sayfa > Özəl > İrəvanda parad MÜBAHİSƏSİ – Paşinyana sərt ittiham

İrəvanda parad MÜBAHİSƏSİ – Paşinyana sərt ittiham


Bu gün, 19:33. Yazar: vasif
İrəvanda parad MÜBAHİSƏSİ – Paşinyana sərt ittiham


Ermənistanda 28 may tarixində keçiriləcək hərbi parad ölkə daxilində ciddi müzakirələrə səbəb olub. Müxalif qüvvələr hakimiyyəti seçkiqabağı siyasi şou hazırlamaqda ittiham edir.

İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan bildirib ki, keçiriləcək parad real hərbi hazırlıqdan çox hakimiyyətin PR kampaniyasını xatırladır. Onun sözlərinə görə, hökumət paradı öz uğuru kimi təqdim etməyə çalışacaq.

“Hakimiyyətin piar üçün çox vasitəsi var. Pensiyaların artırılması, insanlara mükafatların paylanması və indi də hərbi parad seçkiöncəsi görüntü yaratmaq məqsədi daşıyır”, – deyə Marukyan vurğulayıb.

Siyasətçi qeyd edib ki, Ermənistanın hazırkı vəziyyətdə nümayişdən daha çox real hərbi hazırlığa ehtiyacı var. O bildirib ki, paradda göstərilən silahların istifadəsi üçün genişmiqyaslı hərbi təlimlər keçirilməlidir.

“Bizə parad yox, təlim lazımdır. Hərbçilər nümayiş etdirilən silahlardan istifadə etməyi bacarmalıdır”, – deyə o əlavə edib.

Marukyan çıxışında Azərbaycanın son illərdə davamlı şəkildə hərbi təlimlər keçirdiyini xüsusi qeyd edib və Ermənistan ordusunun bu sahədə geri qaldığını bildirib.
Geri dön