Ana Sayfa > Özəl > MDB-dən İrəvana yeni MESAJ: Moskva narahatdır

MDB-dən İrəvana yeni MESAJ: Moskva narahatdır


Bu gün, 18:44. Yazar: vasif
MDB-dən İrəvana yeni MESAJ: Moskva narahatdır


Ermənistanın son dövrlərdə Avropa istiqamətində atdığı addımlar MDB məkanında ciddi narahatlıq yaratmağa başlayıb. Xüsusilə İrəvanın Avropa İttifaqına inteqrasiya ilə bağlı verdiyi siqnallar Moskvada diqqətlə izlənilir.

MDB-nin baş katibi Sergey Lebedev Ermənistan rəhbərliyinin Avropa Birliyinə yaxınlaşma siyasətinə açıq şəkildə münasibət bildirib. O, Ermənistanda keçirilən Ukrayna mövzulu Avropa Siyasi Birliyi sammitinin və İrəvanın Avropa ilə inteqrasiya planlarının diqqətdən yayınmadığını vurğulayıb.

Lebedev çıxışında Ermənistanın hazırda MDB, KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olduğunu xatırladaraq, bu istiqamətdə atılan addımların bölgədə yeni siyasi gərginlik yarada biləcəyinə işarə edib.

Siyasi müşahidəçilər hesab edir ki, bu açıqlamalar Moskvanın İrəvana ünvanladığı növbəti xəbərdarlıq mesajıdır. Analitiklərə görə, Ermənistanın Qərbə yaxınlaşması Rusiya ilə münasibətlərdə yeni mərhələnin başlanğıcına çevrilə bilər.
Geri dön