Ana Sayfa > Özəl > Rubionun İrəvan səfəri və Köçəryanın artan TƏLAŞI

Rubionun İrəvan səfəri və Köçəryanın artan TƏLAŞI


Bu gün, 18:11. Yazar: vasif
Rubionun İrəvan səfəri və Köçəryanın artan TƏLAŞI


ABŞ dövlət katibi Marko Rubionun gözlənilən İrəvan səfəri Ermənistan siyasətində yeni müzakirələr yaradıb. Siyasi dairələrdə bu səfərin xüsusilə 7 iyun seçkiləri öncəsi Nikol Paşinyan hakimiyyətinə dəstək mesajı kimi qiymətləndirildiyi bildirilir.

Müşahidəçilərin fikrincə, Rusiyaya yaxın qüvvələrin və keçmiş hakimiyyət nümayəndələrinin narahatlığı da məhz bununla bağlıdır. Xüsusilə sabiq prezident Robert Köçəryanın son açıqlamaları diqqət çəkir. O, hakimiyyəti seçkidən sonra “xalq etirazları” ilə hədələyib və saxtakarlıq iddiaları səsləndirib.

Analitiklər hesab edir ki, seçkilərdə zəif reytinqə sahib olan Köçəryan düşərgəsi artıq məğlubiyyət ehtimalını hiss edir və indidən vəziyyəti gərginləşdirmək üçün zəmin hazırlamağa çalışır.

Xatırladılır ki, Robert Köçəryanın hakimiyyəti dövrü Ermənistanda çevrilişlər, siyasi qalmaqallar və qanlı hadisələrlə yadda qalıb. Onun adı həm 1999-cu il parlament terroru, həm də ölkədə uzun illər davam edən siyasi böhranlarla birlikdə hallandırılır.

Siyasi ekspertlər hesab edir ki, bu dəfə vəziyyət fərqlidir. Ermənistan cəmiyyətində keçmiş hakimiyyətə inam zəifdir və Paşinyan iqtidarının seçkilərdən sonra rəqiblərinə qarşı hüquqi addımlar atacağı istisna edilmir.
Geri dön