Ana Sayfa > Gündəm / İqtisadiyyat > SOCAR-ın vitse-prezidenti “China Offshore Oil Engineering Company” şirkətinin baş direktorunun müavini ilə görüşüb

SOCAR-ın vitse-prezidenti “China Offshore Oil Engineering Company” şirkətinin baş direktorunun müavini ilə görüşüb


Bu gün, 15:32. Yazar: azer
SOCAR-ın vitse-prezidenti “China Offshore Oil Engineering Company” şirkətinin baş direktorunun müavini ilə görüşüb

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov “China Offshore Oil Engineering Company” (COOEC) şirkətinin baş direktorunun müavini Vanq Vey ilə görüşüb.

Görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb. Bu xüsusda, tərəflər “Abşeron” yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön