Ana Sayfa > Özəl > Türkiyədə hoteldə FACİƏ: Ölən var
Türkiyədə hoteldə FACİƏ: Ölən var26-05-2026, 10:30. Yazar: vasif |
![]() İstanbulda səhər saatlarında hotellərdən birində baş verən yanğın faciə ilə nəticələnib. Məlumata görə, dördmərtəbəli binada başlayan alov qısa müddətdə əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb. Hadisə zamanı hoteldə olan şəxslər təxliyə edilsə də, yanğından sonra otaqlardan birində 32 yaşlı Türkiyə vətəndaşının meyiti aşkarlanıb. İlkin məlumata əsasən, yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Geri dön |