Ana Sayfa > Gündəm > Mövlud… Mövlud… - KAMAL ABDULLANIN YAZISI

Mövlud… Mövlud… - KAMAL ABDULLANIN YAZISI


16-03-2017, 18:45. Yazar: admin
Mövlud… Mövlud… - KAMAL ABDULLANIN YAZISI



On yeddi saniyə… Bu saniyələrin hansındasa bəlkə də yenidən geriyə uçub ayaqlarının damdan aralandığı yerə qayıtmaq istədin. Bəlkə də yox. Niyə bunu etdin — heç kim bəlkə də bilməyəcək.
Səninlə adda-budda görüşlərimi xatırlayıram. Heç on yeddi dəfə olmaz. On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi bir-birinə?! Bunlar olsa da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik.
Məni anlayan, mənim anladığım kişilərdən biri də azaldı. Mən də bir nəfər qədər az qaldım.
Soruşmayacağam ki, niyə belə etdin?! Yəqin, sənə hansısa sirr agah olmuşdu və sən onu özünlə göyə uçurub hamıdan gizlətdin.
Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil.
Arxanca baxıram və sən hələ də uçursan.
Mövlud… Mövlud…
Geri dön