Ana Sayfa > Parlament > "Azərbaycanda STM-ə ehtiyac var"
"Azərbaycanda STM-ə ehtiyac var"Bu gün, 13:00. Yazar: Subhan |
![]() “Əvvəllər bizdə Sosial Tədqiqatlar Mərkəzi var idi. Yüksək peşəkarlıqla statistik məlumatları təqdim edirdi. Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi. Amma bizdə belə bir qurumun olmasına ehtiyac var”. aia.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Komitənin 2025-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı bildirib. “Bundan başqa, qadınların rəhbər vəzifələrdə sayı artırılmalıdır. Məhkəmələrdə 109 məhkəmə hakimindən 6-sı qadındır. Bu nə deməkdir? Çox aşağı səviyyədə təmsilçilikdir. Qadınların məhkəmə hakimi kimi fəaliyyəti, çalışqanlığı kişilərdən üstündür”, - deputat qeyd edib. aia.az Geri dön |