Ana Sayfa > Parlament > Hər iki valideynin işləməsi bağçaya qəbulda imtiyaz kimi nəzərə alınsın -

Hər iki valideynin işləməsi bağçaya qəbulda imtiyaz kimi nəzərə alınsın -


Bu gün, 11:54. Yazar: Subhan
Hər iki valideynin işləməsi bağçaya qəbulda imtiyaz kimi nəzərə alınsın -

"Artıq övladı dünyaya gələn kişilər 14 günlük ödənişli məzuniyyət hüququna malikdirlər. Və onlarla atalar bu hüquqdan istifadə edib. Elə bu yaxınlarda kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi ilə bağlı həm Əmək Məcəlləsində, həm də Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda vacib dəyişiklik olunub".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deyib.

"Qeyd edim ki, respublikada kişi və qadınların orta əməkhaqqı fərqliliyinin aradan qaldırılması məqsədilə mühüm islahatlar həyata keçirilir. Burada vacib məsələlərdən biri ailə öhdəliyi olan işçilərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə məktəbəqədər təhsil infrastrukturunun inkişafı üzrə tədbirlərin davam etdirilməsidir. Məlumdur ki, qanunvericilikdə məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbul edilməsi ilə bağlı müəyyən imtiyazlar var. Və mən təklif edərdim ki, bu imtiyazlı ailələr sırasına hər iki valideynin işləməsi də nəzərə alınsın".

Komitə sədri bildirib ki, doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərq əvvəlki illərə nisbətən azalıb: "Cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır. Bu sahədə Komitə və digər müvafiq qurumlar maarifləndirmə işləri aparırlar. Amma bu işlər daha da gücləndirilməlidir. Digər tərəfdən, İllik Məlumatda da göstərildiyi kimi, 100 min nəfər diri doğulana əgər 2020-ci ildə 15,8 ana ölümü qeyd olunurdusa, 2025-ci ildə bu əmsal 27,1 təşkil edib. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların isə 2020-ci ildə 9,8, 2025-ci ildə isə 13,7 əmsal təşkil edib. Bu göstəricilər bir daha ana və uşaq ölümünün səbəblərini araşdırmaq məsələsini zəruri edir. Eyni zamanda, “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinə ehtiyac vardır. Qızların təhsil alması, peşəyə yiyələnməsi, məşğulluğu üçün sosial proqramlar tətbiq etməliyik. Gender bərabərliyi mədəniyyətinin təbliğini xüsusi ilə gücləndirməliyik".

aia.az
Geri dön