Ana Sayfa > Parlament > Bahar Muradova Azərbaycanın BMT fəaliyyətindən danışdı
Bahar Muradova Azərbaycanın BMT fəaliyyətindən danışdıBu gün, 11:46. Yazar: Subhan |
![]() Azərbaycan beynəlxalq platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində aktiv fəaliyyətdədir. aia.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib. Sədr qeyd edib ki, ölkəmizin BMT strukturları, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki səmərəli addımları, xüsusilə BMT-nin Qadınların Statusu üzrə Komissiyasının (QSK) sessiyalarında fəal iştirakı çoxtərəfli əməkdaşlığı stimullaşdırır. Vurğulanıb ki, bu platformalar çərçivəsində gender bərabərliyi sahəsində Azərbaycanın əldə etdiyi müsbət və uğurlu təcrübə qlobal miqyasda uğurla təqdim olunur. Çıxışda həmçinin qeyd edilib ki, gender bərabərliyi məsələlərinin qlobal inkişaf gündəliyində tutduğu vacib yer milli səviyyədə həyata keçirilən dövlət siyasətinin beynəlxalq çağırışlarla tam uzlaşdığını bir daha təsdiq edir. aia.az Geri dön |