Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Prezident İlham Əliyev tərəfindən Milli Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin yüksək qiymətləndirilməsi Cümhuriyyət irsinə verilən dəyərin göstəricisidir”
Novruzəli Aslanov: “Prezident İlham Əliyev tərəfindən Milli Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin yüksək qiymətləndirilməsi Cümhuriyyət irsinə verilən dəyərin göstəricisidir”Bu gün, 09:52. Yazar: azer |
![]() “Bu il Azərbaycan xalqı şanlı dövlətçilik tarixinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 108-ci ildönümünü böyük fərəh hissi ilə qeyd edəcək. 1918-ci il may ayının 28-də yaradılmış Cümhuriyyət Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, eyni zamanda da bütün Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Sovet bolşevik qoşunları tərəfindən ölkənin işğalına qədər, cəmi 23 ay mövcud olmasına baxmayaraq, AXC ilk növbədə dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu. Eyni zamanda 1918-1920-ci illərdə həyata keçirilən uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirmişdi. 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.” Bu sözləri aia.az-a 28 may – Müstəqillik Günü münasibətilə öz fikirlərini paylaşan Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Daha sonra millət vəkili Ümummilli Lider Heydər Əliyevin Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verdiyini qeyd edib: “Ulu Öndər Heydər Əliyev Cümhuriyyətin qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirirdi. Cümhuriyyət cəmi 23 ay fəaliyyətdən sonra süquta uğrasa da, müstəqillik ideyası 70 illik sovet imperiyası dövründə millətimizin qəlbində və şüurunda yaşamışdır. Respublikamız sovetlər imperiyasının tərkibində olduğu dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müstəqil Azərbaycan dövləti ideyalarını həyata keçirmək istiqamətində çox böyük işlər görmüşdür. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması, milli – mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi gələcək müstəqil Azərbaycan dövlətinin bünövrəsi idi. Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu da dəfələrlə xüsusi vurğulamış, bəyan etmişdir. Yeri gəlmişkən, bu gün ölkəmizə böyük uğurla fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz Cümhuriyyət dövründə, 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət Azərbaycan Cümhuriyyətinin varislərindən sayılır. Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, general-leytenant Əliağa Şıxlinski olmuşdur. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Naziri olan Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev tərəfindən təşkilatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi də, Cəmiyyətin üzvlərinin müxtəlif vaxtlarda dövlət mükafatları ilə təltif olunmaları da dövlət başçımızın Cümhuriyyət irsinə yüksək dəyər verdiyinin daha bir göstəricisidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |