Ana Sayfa > Gündəm / Karusel > Laçın Rayon İcra Hakimiyyətinin etiraz aksiyası ilə bağlı mövqeyi
Laçın Rayon İcra Hakimiyyətinin etiraz aksiyası ilə bağlı mövqeyi3-10-2015, 20:57. Yazar: admin |
Bu gün dövrü mətbuatda Laçın sakinlərinin Ağcabədi rayonunun Taxtakörpü ərazisində etraz aksiyası keçirməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumatla bağlı Laçın rayon İcra Hakimiyyəti PİA.AZ-a təkzib məktubu ünvanlayıb. Həmin təkzib məktubunu olduğu kimi oxuğularımızın diqqətinə cəlb edirik: "2015-ci il 26 sentyabr tarixdə saat 15:20 radələrində Laçın rayonunun Vağazin kəndindən olan 10 nəfər sakin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Vağazin obasında əhalinin mal-qarasının ümumi istifadəsində olan torpaq sahəsində həmkəndliləri Əhmədov Rahib Zahid oğlu tərəfindən 3 hektar sahədə əkin aparılmasına etiraz əlaməti olaraq Zərdab-Ağcabədi avtomobil yolunun Taxtakörpü qəsəbəsindən keçən hissəsində Vağazin kənd sakini Cavanşirov Əhəd Möhübbət oğluna məxsus QAZ-53 markalı yük avtomaşını ilə magistral yolu bağlamağa cəhd göstərmişlər. Bundan əvvəl isə Vağazin obası ərazisində həmin sahədə şum aparan traktorçu, Ağcabədi rayon sakini Tağıyev Məzahir Haqverdi oğlu Vağazin kənd sakini İbrahimov Aslan İdris oğlu və digərləri tərəfindən döyülmüş, bununla bağlı Məzahir Tağıyev ərizə ilə Laçın Rayon Polis şöbəsinə müraciət etmişdir. Aslan İbrahimov və onun yaxın qohumları törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunacaqlarından ehtiyatlanaraq təzyiq vasitəsi kimi yolu kəsməyi özlərinə vasitə seçmişlər. Məcburi köçkünlərin qanunsuz olaraq avtomobil yolunu bağlamağa cəhdlərinə və polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadıqlarına görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə təqsirli bilindiklərinə görə İbrahimov Aslan İdris oğlu və Mamedov İlqar Abduləli oğlu Laçın Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunmuş, sürücü Əhəd Cavanşirov isə 200 manat məbləğində cərimə edilmişdir. Taxtakörpü ərazindəki torpaq sahələri dövlət fondu torpaqları olduğu üçün həmin torpaq sahələrinə Laçın Rayon İcra Hakimiyyətinin sərəncam vermə hüququ yoxdur. Bu ərazidə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahələrinin satılması ən azı gülüncdür. 2015-ci il 2 oktyabr tarixdə Taxtakörpü ərazisində heç bir aksiya olmamışdır. Ona görə də bu barədə yazılanlar həqiqəti əks etdirmir, bütün bunlar məqsədli şəkildə, məsələni qabartmaq üçün təşkil edilmiş, Rayon Polis şöbəsində istintaq olunan cinayət işinə xitam verilməsi üçün polisə təzyiq məqsədi daşıyır". Aia.az Geri dön |