Ana Sayfa > Özəl > 163 illik nəhəng şirkət çökdü – Məhsullar yarı qiymətinə satılır
163 illik nəhəng şirkət çökdü – Məhsullar yarı qiymətinə satılırBu gün, 18:03. Yazar: vasif |
![]() Almaniyanın uzun illər Avropanın ən məşhur tekstil markalarından biri hesab olunan şirkətlərindən biri ağır maliyyə böhranı səbəbilə iflas etdiyini açıqlayıb. 163 illik tarixə malik şirkətin mağazalarında artıq böyük endirim kampaniyalarına start verilib. Məlumata görə, geyim və ev tekstili məhsullarının bir hissəsi demək olar ki, yarı qiymətinə satışa çıxarılıb. Bəzi məhsullarda endirimlərin 50 faizə qədər çatdığı bildirilir. Kampaniyaya marağın böyük olması səbəbindən bir çox filiallarda rəflərin sürətlə boşaldığı qeyd olunur. Şirkətin artan istehsal xərcləri, zəifləyən satışlar və Avropada davam edən iqtisadi durğunluq fonunda fəaliyyətini davam etdirməkdə çətinlik çəkdiyi bildirilir. Son illərdə xüsusilə onlayn alış-veriş platformalarının sürətlə yayılması ənənəvi tekstil mağazalarına ciddi zərbə vurub. İflas qərarı yüzlərlə əməkdaşın gələcəyini də qeyri-müəyyən vəziyyətə salıb. Şirkət rəhbərliyi bəzi mağazaların fəaliyyətini qorumaq üçün investor axtarışlarının davam etdiyini açıqlayıb. Bununla belə, bütün filialların fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil. Ekspertlər hesab edirlər ki, Avropada klassik pərakəndə satış şəbəkələri dəyişən istehlak vərdişləri və rəqəmsal ticarətin sürətli inkişafı səbəbilə getdikcə daha böyük təzyiqlə üzləşirlər. Geri dön |