Ana Sayfa > İdman > Messi zədələndi

Messi zədələndi


Bu gün, 09:40. Yazar: Subhan
Messi zədələndi

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi Yüksək Futbol Liqasının (MLS) müntəzəm mövsümünün "Filadelfiya" ilə ev oyununda zədələnib.

aia.az-ın məlumatına görə, matç 6-4 hesabı ilə "İnter Mayami"nin xeyrinə başa çatıb və L. Messi iki məhsuldar ötürmə etdi. 73-cü dəqiqədə argentinalı oyunçunun yerinə Mateo Silvetti meydana çıxdı və Messi sol ayağından yapışaraq tribunaaltı otağa tərəf gedib.

"İnter Mayami" hələlik zədənin mahiyyəti və ya sağalma müddəti barədə açıqlama verməyib.

aia.az
Geri dön