Ana Sayfa > Cəmiyyət > Bakıda fəhlə yanaraq ölüb

Bakıda fəhlə yanaraq ölüb


16-03-2017, 16:25. Yazar: admin
Bakıda fəhlə yanaraq ölüb


Martın 15-də saat 9 radələrində Xətai rayonunun Babək prospektindəki tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində Tovuz rayon sakini Muradxan Qarayev məişət tullantılarını yandırarkən yanıq xəsarətlər alıb.

AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəstəxanaya yerləşdirilən M.Qarayev orada ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.


AİA.az
Geri dön