Ana Sayfa > Şou-biznes > “Maska” şouda qalmaqal: Nigar Camalı ağlatdılar– “İTV bu kadrları yayımlayacaqmı?”
“Maska” şouda qalmaqal: Nigar Camalı ağlatdılar– “İTV bu kadrları yayımlayacaqmı?”Bu gün, 12:33. Yazar: vasif |
![]() İTV-də yayımlanan “Maska” şousu növbəti dəfə qalmaqallı anlarla gündəmə gəlib. Şoudan yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadisənin mərkəzində isə müğənni Nigar Camal yer alır. Şouda “dedektiv” rolunda çıxış edən Nigar Camal çəkiliş zamanı baş verən xoşagəlməz hadisə ilə bağlı görüntülər paylaşıb. Görüntülərdə Nigar Camalın ağladığı açıq şəkildə görünür. Müğənni paylaşımına qeyd edib: “Bilmirəm, bu kadrları kəsəcəklər, ya yox. Amma çəkiliş zamanı elə də xoş olmayan bir hadisə baş verdi. Adətən maskalar onları başqa artistlərlə müqayisə edəndə inciyirlər, amma burada məsələ tamam başqa idi. Kaş ki, bu maskanın yerində Azad Şabanov qalardı…”.musavat.com Geri dön |