Ana Sayfa > Ölkə > Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan var
Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan varBu gün, 10:19. Yazar: vasif |
![]() Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “aia.az”ın məlumatına görə, qəza rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı su arxına düşüb. Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Pəri Həsənova isə hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Geri dön |