Ana Sayfa > Ölkə > “Green Card”la bağlı YENİ QƏRAR
“Green Card”la bağlı YENİ QƏRARBu gün, 21:00. Yazar: vasif |
![]() ABŞ rəhbərliyi ölkədə müvəqqəti vizayla qalan xaricilərin daimi yaşayış icazəsi (yaşıl kart - "Green Card") alması ilə bağlı qaydaları sərtləşdirib. aia.az xəbər verir ki, yeni qərara əsasən, mütləq istisnalar xaric olmaqla, müraciətlər yalnız şəxslərin öz ölkələrindən edilməlidir. Bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) rəsmi "X" (keçmiş "Twitter") hesabı vasitəsilə məlumat yayıb. Qurumdan bildirilib ki, bu addım immiqrasiya sistemindəki mövcud boşluqlardan sui-istifadə hallarının qarşısını almaq məqsədilə atılıb. Yeni qayda sayəsində "Green Card" müraciəti rədd edilən şəxslərin ABŞ-də qeyri-qanuni şəkildə qalmasının qarşısı alınacaq. Rəsmi açıqlamada tələbə, turist və müvəqqəti işçi vizası ilə ABŞ-də olan şəxslərin ölkəyə yalnız qısamüddətli və konkret məqsədlərlə gəlməsinə icazə veriləcək: "Mövcud sistem bu kateqoriyadan olan şəxslərin səfər müddəti bitdikdən sonra ölkəni tərk etmələri üçün nəzərdə tutulub. Onların ABŞ-də müvəqqəti qalması heç bir halda “Green Card” prosesinin ilk addımı kimi qiymətləndirilməməlidir". Qeyd edək ki, yeni qayda ABŞ-də müvəqqəti viza ilə yaşayıb, statusunu ölkə daxilində dəyişmək istəyən minlərlə xarici vətəndaşın planlarına ciddi təsir göstərəcək.(Sfera.az) Geri dön |