Ana Sayfa > Gündəm / Karusel > Yaralı tələbələrdən biri DİN-in hospitalına köçürülüb

Yaralı tələbələrdən biri DİN-in hospitalına köçürülüb


16-03-2017, 16:17. Yazar: admin
Yaralı tələbələrdən biri DİN-in hospitalına köçürülüb


Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan və Sumqayıt Təcili yardım Xəstəxanasında mülaicəsini davam etdirən yaralı təlbələrdən biri - Aytən Quluzadə Daxili İşlər Nazirliyinin Hospitalına köçürülüb.

Bu barədə AzVision.az-a Sumqayıt Şəhər Təcili Tibbi yardım Xəstəxananın baş həkimi Rauf Sadıqov məlumat verib. Onun sözlərinə görə, xəstənin səhhətində ciddi problem yox idi: “Burnunda sınıq var idi, onu da əməliyyat edib, düzəltmişdik. Sadəcə onların hansı vəziyyətdə qəzaya düşdükləri məlumdur və böyük stress keçiriblər. Onlara sakitlik lazım idi, bura daim xəstələr gəlir, gecə vaxtı təcili xəstə köçürülməsi oluruq. Bu baxımdan bizim xəstəxana onda narahatçılıq yaradırdı. Qohumlarının istəyi ilə həmin xəstəni DİN-in Hospitalına köçürdülər. Hazırda bizdə bir yaralı tələbə müalicəsini davam etdirir”.

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.

AİA.az
Geri dön