Ana Sayfa > Ölkə > Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb


Bu gün, 19:12. Yazar: vasif
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb


Qurban bayramı günlərində əhalinin sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə qurbanlıq heyvanların satışı və kəsimi prosesinə nəzarət gücləndirilib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq.

Satış və kəsim məntəqələrində vətəndaşlara yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar təqdim ediləcək, kəsim isə xüsusi baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək.

Vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda yerli icra hakimiyyəti orqanları tərəfindən AQTA ilə razılaşdırılmış səyyar heyvan kəsimi çadırları da qurulacaq.

AQTA vətəndaşları qurban kəsimini dini qaydalarla yanaşı, qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Küçə, yol kənarı və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eləcə də baytarlıq sənədi olmadan heyvan daşınması yolverilməz hesab olunur.
Geri dön