Ana Sayfa > Siyasət > “WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”

“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”


Bu gün, 17:55. Yazar: azer
“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan bununla təşkilatçılıq baxımından dünyaya yeni bir nümunə təqdim etmiş oldu:

“Bu gün Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) bağlanş mərasimi keçirilib. 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qatıldığı Forum həm miqyas və mahiyyətinə, həm də sessiya zamanı səslənən yeni çağırış və təkliflərinə görə bütün dünyada böyük maraqla qarşılanıb. Dünya mediası ölkəmizdə keçirilən məlum Forumla bağlı çoxlu sayda reportajlar verib, məqalələr dərc edib. Hansı ki, bütün bu məqalələrdə Azərbaycanın WUF13-ə böyük peşəkarlıqla ev sahibliyi etməsi qeyd olunub.


Bu baxımdan, əminliklə demək olar ki, WUF13 yalnız Azərbaycanın deyil, bütün dünyanın siyasi-iqtisadi və mədəni həyatı baxımından önəmli bir hadisədir və biz yaxın gələcəkdə bunun təsirlərini daha çox hiss edəcəyik”.

Polkovnik qeyd edib ki, Forum şəhərsalma sahəsində Azərbaycan təcrübəsinin təbliği baxımından da önəmli oldu:

“WUF13-lə bağlı mühüm həqiqətlərdən biri də Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin təbliği, bu təcrübənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da olduqca faydalı olub. Azərbaycan bu mühüm platformadan istifadə edərək şəhərsalma ilə bağlı tarixi təcrübəsini dünya dövlətlərinin diqqətinə çatdırıb. Xüsusilə də, işğaldan azad edilən ərazilərimizdə salınan şəhər və infrastrukturlar, bu layihələrin tarix və müasirlik baxımından vəhdəti WUF13 iştirakçıları tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Azərbaycan işğaldan azad edilən ərazilərdə gerçəkləşdirdiyi layihələrlə sübut edib ki, bu sahədə kifayət qədər zəngin təcrübəyə malikdir və bu təcrübəni digər dünya dövlətləri ilə bölüşməyə hazırdır”.

Təşkilat sədri WUF13-ün Azərbaycana olan beynəlxalq etimad və inamı daha da artırdığını vurğulayıb:

“WUF13 tədbiri sübut etdi ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahib edən azsaylı ölkələrdən biridir və bu sahədəki təcrübəsini mütəmadi şəkildə artırır. Təsadüfi deyil ki, Forumda iştirak edən dövlətlərin təmsilçiləri öz çıxışlarında Azərbaycanın bu təcrübəsindən heyranlıqla bəsh edib, bu təcrübənin öyrənilməsinin vacibliyinə toxunublar.

Bu baxımdan, qəti şəkildə demək olar ki, WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycana olan beynəlxalq inam və etimadı daha da artıracaq, bu qəbildən olan tədbirlərin bundan sonra da ölkəmizdə keçirilməsinə sitimul verəcək”.

Seymur ƏLİYEV
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Geri dön