Ana Sayfa > Təhsil > Ali məktəblərlə bağlı təklifə rəsmi münasibət
Ali məktəblərlə bağlı təklifə rəsmi münasibət16-03-2017, 15:26. Yazar: admin |
Baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin ali məktəblərə qəbul şərtlərinin dəyişdirilməsi, daha az hazırlıqlı abituriyentlər üçün ali məktəblərdə hazırlıq kursunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə təqdim etdiyi təklifinə münasibət bildirib. Ə. Əhmədov jurnalistlərə bildirib ki, ali məktəblərdə kursların təşkil olunmasını müsbət qiymətləndirir: "Ümumiyyətlə, təhsili inkişaf etdirmək, insanlarımıza daha yaxşı bilik vermək üçün universitetlərə daxil olmaq üçün gənclərimizə müəyyən dəstəklər vermək, kurslar təşkil etmək üçün təşəbbüs göstərilirsə, bunu alqışlayıram. Amma eyni zamanda hesab edirəm ki, məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək lazımdır. Daha sonra orta məktəbi qurtaranın universitetlərə daxil olması üçün yenidən hazırlanmasına ehtiyac qalmasın". AİA.az Geri dön |