Ana Sayfa > Özəl > Brilliant Dadaşovadan duyğusal paylaşım – Qardaşı ağır əməliyyatdan sağ çıxdı
Brilliant Dadaşovadan duyğusal paylaşım – Qardaşı ağır əməliyyatdan sağ çıxdıBu gün, 16:00. Yazar: vasif |
![]() Azərbaycanın Xalq artisti Brilliant Dadaşova ailəsində yaşanan çətin günlərlə bağlı paylaşım edib. Tanınmış sənətçi qardaşının ağır ürək əməliyyatı keçirdiyini açıqlayıb. Xalq artistinin sözlərinə görə, qardaşı açıq ürək əməliyyatı olunub və uzun sürən tibbi müdaxilə uğurla başa çatıb. Əməliyyat Mərkəzi Klinik Xəstəxanada tanınmış ürək-damar cərrahı, professor Kamran Musayev tərəfindən həyata keçirilib. Brilliant Dadaşova sosial media hesabında paylaşdığı mesajda həkimə xüsusi təşəkkür edib: “Kamran doktor, qardaşımın ürəyini açıq əməliyyat edib onu həyata qaytardığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl həkimlərimizin şəfalı əlləri var olsun”, – deyə sənətçi qeyd edib. Paylaşım sənətçinin izləyiciləri və sənət dostları tərəfindən böyük dəstək və xoş arzularla qarşılanıb. Bir çox tanınmış sima əməliyyatın uğurlu keçməsi münasibətilə ailəyə keçmiş olsun diləklərini çatdırıb. Geri dön |