Ana Sayfa > Özəl > ABŞ İrana hücuma hazırlaşır? – Trampın ultimatumundan sonra dünya gərgin gözləyir
ABŞ İrana hücuma hazırlaşır? – Trampın ultimatumundan sonra dünya gərgin gözləyirBu gün, 19:22. Yazar: vasif |
![]() ABŞ ilə İran arasında artan gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ prezidenti Donald Trump tərəfindən Tehrana verilən möhlətin başa çatmaq üzrə olduğu bildirilir. Vaşinqtondan gələn sərt mesajlar isə bölgədə mümkün hərbi əməliyyat ehtimalları ilə bağlı narahatlığı artırıb. Ağ Ev administrasiyasının rəhbər müavini Stephen Miller İran rəhbərliyinə ünvanlanan açıqlamasında bildirib ki, Tehran ya ABŞ-ı qane edəcək razılaşmaya imza atmalı, ya da “müasir tarixdə görünməmiş təzyiqlə” üzləşməlidir. Bu bəyanat dünya mediasında geniş rezonans doğurub. Məlumatlara görə, ABŞ Pakistan vasitəsilə İrana son razılaşma layihəsini təqdim edib. İran tərəfinin isə sənədi araşdırmaq və cavab vermək üçün əlavə vaxt istədiyi qeyd olunur. Əsas mübahisə mövzusu kimi İranın zənginləşdirilmiş uran proqramı göstərilir. Bəzi siyasi dairələrdə belə fikir formalaşıb ki, mümkün hərbi əməliyyatların vaxtı Həcc ziyarətindən sonraya saxlanıla bilər. Bununla belə, prosesin dini təqvimdən daha çox siyasi və hərbi şərtlərlə bağlı olduğu bildirilir. Siyasi şərhçi Aydın Quliyev hesab edir ki, hazırkı mərhələdə ABŞ-nin İrana birbaşa zərbə endirməsi ehtimalı yüksək deyil. Onun fikrincə, həm ABŞ daxilindəki siyasi-hüquqi maneələr, həm də beynəlxalq vəziyyət Vaşinqtonun hərbi addım atmasını çətinləşdirir. Ekspert qeyd edir ki, ABŞ Senatında Konqresin razılığı olmadan İrana qarşı yeni hərbi əməliyyatların əleyhinə müxtəlif təşəbbüslər müzakirə olunub. Bundan əlavə, NATO daxilində yaranan fikir ayrılıqları və Yaxın Şərqdə artan risklər də Vaşinqtonun qərarına təsir edən amillər sırasındadır. Aydın Quliyevin sözlərinə görə, ABŞ-də yaxınlaşan seçki prosesi də Ağ Evin hərbi qərarlarını daha ehtiyatlı etməyə məcbur edir. O hesab edir ki, ən azı yaxın aylarda genişmiqyaslı hərbi əməliyyat ehtimalı zəif görünür və proses daha çox siyasi danışıqlar üzərində davam edə bilər. Geri dön |