Ana Sayfa > Özəl > Bu kəndə köçənlərə EV və minlərlə avro veriləcək – Yeni həyat qurmaq istəyənlər üçün böyük fürsət

Bu kəndə köçənlərə EV və minlərlə avro veriləcək – Yeni həyat qurmaq istəyənlər üçün böyük fürsət


Dünən, 22:11. Yazar: vasif
Bu kəndə köçənlərə EV və minlərlə avro veriləcək – Yeni həyat qurmaq istəyənlər üçün böyük fürsət


İtaliyanın tarixi və füsunkar kəndlərindən biri olan Santo Stefano di Sessanio əhali azalmasının qarşısını almaq üçün diqqətçəkən təşəbbüslə gündəmə gəlib. Santo Stefano di Sessanio kəndinə köçərək burada yaşamaq və fəaliyyət göstərmək istəyən şəxslərə ev, aylıq maliyyə dəstəyi və biznes qurmaq üçün qrant təqdim olunacaq.

Abruzzo bölgəsində yerləşən və orta əsr memarlığını qoruyub saxlayan kənd hazırda ciddi demoqrafik problemlə üzləşib. Dəniz səviyyəsindən təxminən 1300 metr yüksəklikdə yerləşən kənddə əhalinin sayı cəmi 115 nəfərə qədər enib və sakinlərin əksəriyyətini yaşlılar təşkil edir. Yerli rəhbərlik isə kəndi yenidən canlandırmaq üçün xüsusi proqram hazırlayıb.

Hazırlanan layihəyə əsasən kəndə daimi köçəcək şəxslərə 3 il müddətində hər il 8 min avroya qədər maliyyə yardımı veriləcək. Bundan əlavə, kənddə biznes qurmaq istəyən sahibkarlara 20 min avroya qədər birdəfəlik qrant ayrılacaq. Proqram çərçivəsində iştirakçılara simvolik qiymətə kirayə mənzil də təqdim ediləcək.

Layihədən əsasən 18-40 yaş arası şəxslər yararlana biləcək. Proqrama İtaliya vətəndaşları ilə yanaşı, Avropa İttifaqı ölkələrinin vətəndaşları və İtaliyada rəsmi yaşayış icazəsi olan əcnəbilər də müraciət edə bilər. Əsas şərtlərdən biri isə kənddə daimi yaşamaq və müəyyən edilmiş sahələr üzrə fəaliyyət göstərməkdir.

Kənd rəhbərliyi xüsusilə turizm, qonaqlama xidməti, əl işləri, mədəni tədbirlərin təşkili və gündəlik xidmət sahələrində fəaliyyət göstərəcək insanlara üstünlük verəcək. Məqsəd yalnız əhalini artırmaq deyil, həm də kənd iqtisadiyyatını yenidən dirçəltməkdir.

Rəsmilər bildirirlər ki, bu təşəbbüs həm tarixi kəndlərin qorunmasına, həm də İtaliyada “tərk edilmiş kəndlər” probleminin həllinə töhfə verməlidir. Oxşar layihələrin əvvəllər İspaniyanın müxtəlif bölgələrində də uğurla həyata keçirildiyi qeyd olunur.
Geri dön