Ana Sayfa > Siyasət / Karusel > Azərbaycan Ermənistanın təklifini rədd edib

Azərbaycan Ermənistanın təklifini rədd edib


16-03-2017, 15:24. Yazar: admin
Azərbaycan Ermənistanın təklifini rədd edib



Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov Ermənistanda keçiriləcək parlament seçkilərində rəsmi İrəvanın müşahidəçi kimi iştirak etməsi üçün MDB ölkələrinə, o cümlədən Azərbaycana müraciət etməsi barədə xarici mətbuatda dərc edilən məlumata münasibət bildirib.
Baş nazirin müavini deyib ki, Azərbaycanla Ermənistanın münasibətləri məlumdur və bu münasibətlərdə heç bir dəyişiklik olmayıb:

"Ermənistan- Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi bitməyincə, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz. Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizi az qayğılandırır. Amma mətbuatdan aldığımız məlumata görə, Ermənistanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. İqtisadi vəziyyətlə bağlı siyasi gərginlik artıb. Bu seçkinin nə ilə nəticələnəcəyi onların öz işləridir. Bizim onlara sözümüz odur ki, münaqişəni aradan qaldırmayacaqlarsa, vəziyyətləri düzəltmək onlar üçün mümkün olmayacaq. Ən yaxşı yol odur ki, onlar bu günə qədər etdikləri səhvi başa düşərdilər".

Ə.Əhmədov bildirib ki, Ermənistanda keçiriləcək və gələcəkdə ölkənin idarəçilik mexanizmini köklü şəkildə dəyişməsini nəzərdə tutan parlament seçkiləri bu ölkə üçün yaxşı nələrsə vəd etmir: "Azərbaycan isə bu seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil”.(azvision)

AİA.az
Geri dön