Ana Sayfa > Karusel / Özəl > Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edibBu gün, 13:35. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 22 may 2026-cı il tarixində İsmayıllı rayonunun daha iki kəndində seçicilərlə görüşüb. Qeyd edək ki, hava şəraiti münasib olan günlərdə millət vəkili iş qrafikinə uyğun olaraq vətəndaşlarla görüşlərini İsmayıllının bilavasitə kədlərində keçirir. aia.az xəbər verir ki, bu dəfəki səyyar qəbul rayonun Qalahgah və Soltankənd kəndlərində baş tutub. Soltankənddə keçirilən tədbirdə yaxınlıqda yerləşən Uştal kəndindən də sakinlər iştirak ediblər. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib. Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Qalahgah, Soltankənd və Uştal kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |