Ana Sayfa > Gündəm / Manşet > “Qiymətlər bayramqabağı həmişə qalxır” - Əli Əhmədov

“Qiymətlər bayramqabağı həmişə qalxır” - Əli Əhmədov


16-03-2017, 15:23. Yazar: admin
“Qiymətlər bayramqabağı həmişə qalxır” - Əli Əhmədov


"Bu yaxınlarda Novruz bayramı qabağı bazardakı qiymətləri nəzarətdə saxlamaq üçün bir neçə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifidir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdim. Bunu öz gözlərimlə gördüm”.
Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayramqabağı qiymətlər qalxır: "Amma bu, belə olmamalıdır. Ticarətçilər bayram qabağı müştərilərinin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır”.

Ə.Əhmədov hesab edir ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil.

Baş nazirin müavini bildirib ki, hökumət olaraq, vəzifə borcumuzu bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir: "Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm”.

AİA.az
Geri dön