Ana Sayfa > Ölkə > Tbilisi qatarına ilk bileti o, aldı
Tbilisi qatarına ilk bileti o, aldıBu gün, 09:25. Yazar: Subhan |
![]() Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı başlayıb. aia.az-ın məlumatına görə, artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb. Bakı-Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub. Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək. Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından almaq mümkündür. aia.az Geri dön |