Ana Sayfa > Özəl > Paşinyan Moskvaya getmir – İrəvandan diqqətçəkən qərar

Paşinyan Moskvaya getmir – İrəvandan diqqətçəkən qərar


Bu gün, 15:11. Yazar: vasif
Paşinyan Moskvaya getmir – İrəvandan diqqətçəkən qərar


Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının liderlər toplantısında iştirak etməyəcək.

Bu barədə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva İrəvandan bununla bağlı rəsmi məlumat alıb.

Məlumata görə, kritik görüşdə Ermənistanı baş nazirin müavini Armen Qriqoryan təmsil edəcək.

Paşinyanın toplantıya qatılmaması regionda Ermənistan-Rusiya münasibətləri fonunda yeni siyasi mesaj kimi qiymətləndirilir.
Geri dön