Ana Sayfa > Özəl > Yağışlardan Sonra Avtomobil Alanlar DİQQƏTLİ OLMALIDIR

Yağışlardan Sonra Avtomobil Alanlar DİQQƏTLİ OLMALIDIR


Dünən, 23:02. Yazar: vasif
Yağışlardan Sonra Avtomobil Alanlar DİQQƏTLİ OLMALIDIR


Son günlər yağan güclü yağışlardan sonra bazarda su basmış “ikinci əl” avtomobillərin sayının arta biləcəyi bildirilir.

Ekspertlərin sözlərinə görə, belə avtomobilləri almaq gələcəkdə ciddi texniki problemlərə və əlavə xərclərə səbəb ola bilər.

Avtomobil eksperti Pərviz Əliyev bildirib ki, subasmış maşını müəyyən etməyin ən vacib yollarından biri salon və yük yerindəki örtüklərin altını yoxlamaqdır:

“Əgər alt hissələrdə pas, nəmlik və ya çürümə izləri varsa, bu, avtomobilin su altında qaldığını göstərə bilər”.

Ekspert qeyd edib ki, bəzi hallarda avtomobil vaxtında sökülərək düzgün qurudularsa, ciddi problem yaranmaya bilər. Lakin peşəkar təmir aparılmadıqda sonradan elektronika, salon və kuzov hissəsində ciddi nasazlıqlar ortaya çıxa bilər.

Mütəxəssislər alıcılara avtomobil alarkən xüsusilə ayaqaltıları, yük yerini və gizli hissələri diqqətlə yoxlamağı tövsiyə edir.
Geri dön