Ana Sayfa > Özəl > Rusiyalı milyarder faciəli qəzada həlak oldu

Rusiyalı milyarder faciəli qəzada həlak oldu


Bu gün, 22:11. Yazar: vasif
Rusiyalı milyarder faciəli qəzada həlak oldu


Mixail Smirnov Leninqrad vilayətində baş verən ağır yol qəzasında həyatını itirib.

Məlumata görə, iş adamı “Triumph” markalı motosikletlə hərəkətdə olarkən əks istiqamətə çıxıb və “Haval” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan Smirnov hadisə yerində dünyasını dəyişib.

Mixail Smirnov Baltikyanı Yanacaq Şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri idi.

Rusiya mediasının məlumatına görə, onun sərvəti təxminən 7,8 milyard rubl həcmində qiymətləndirilirdi.
Geri dön