Ana Sayfa > Özəl > SEPAH-dan SƏRT XƏBƏRDARLIQ –

SEPAH-dan SƏRT XƏBƏRDARLIQ –


Bu gün, 21:24. Yazar: vasif
SEPAH-dan SƏRT XƏBƏRDARLIQ –


SEPAH ABŞ və İsrailə yönəlik növbəti sərt bəyanatla çıxış edib.

Tasnim News Agencynin yaydığı məlumata görə, SEPAH mümkün hücumların cavabsız qalmayacağını və qarşıdurmanın regiondan kənara yayıla biləcəyini bildirib.

Açıqlamada qeyd olunub:

“Biz müharibə adamlarıyıq, gücümüzü döyüş meydanında görəcəksiniz”.

Analitiklər hesab edirlər ki, bu tip bəyanatlar birbaşa United States və İsraila yönəlsə də, region ölkələri, o cümlədən Azərbaycan üçün də əlavə risklər yaradır.

Ekspertlər bildirirlər ki, Azərbaycanın İranla uzun sərhədə malik olması mümkün eskalasiya halında təhlükəsizlik risklərini artırır. Xüsusilə enerji marşrutları və regional sabitlik məsələləri Bakının diqqətində olan əsas məqamlardır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, hazırkı vəziyyət əvvəlki dövrlərdən fərqlənir və tərəflər artıq müharibənin ağır nəticələrini daha yaxşı anlayırlar.

Onun fikrincə, yeni genişmiqyaslı qarşıdurma ehtimalı tam istisna edilməsə də, İranın Azərbaycanla yenidən gərginlik yaratmaqda maraqlı olmadığı görünür.

Ekspert vurğulayıb ki, buna baxmayaraq, regionda eskalasiya riski qalır və Bakı balanslı siyasətini davam etdirərək mümkün təhlükələrə hazır olmalıdır.
Geri dön