Ana Sayfa > Özəl > Azərbaycanın Qlobal Birjalardan UZAQ QALMASININ SƏBƏBİ

Azərbaycanın Qlobal Birjalardan UZAQ QALMASININ SƏBƏBİ


Bu gün, 18:39. Yazar: vasif
Azərbaycanın Qlobal Birjalardan UZAQ QALMASININ SƏBƏBİ


Özbəkistan ilk dəfə milli aktivlərini London Stock Exchangenda satışa çıxararaq regionda diqqət çəkən addım atıb. Bu fonda Azərbaycanın niyə hələ beynəlxalq fond bazarlarına çıxmadığı sualı yenidən gündəmə gəlib.

Ekspertlərin fikrincə, əsas səbəblərdən biri böyük dövlət şirkətlərinin beynəlxalq standartlara uyğun tam şəffaf korporativ idarəetmə modelinə keçməməsidir. Xüsusilə SOCAR kimi nəhəng qurumların açıq hesabatlılıq səviyyəsinin kifayət etmədiyi bildirilir.

Sabiq maliyyə naziri Fikrət Yusifov qeyd edib ki, Azərbaycanın qiymətli kağızlar bazarı hələ zəifdir və əsas problemlərdən biri səhm bazarında likvidliyin aşağı olmasıdır.

Onun sözlərinə görə, investorlar şirkətlərin maliyyə vəziyyəti, riskləri və audit nəticələri barədə tam məlumat əldə edə bilmədiyi üçün bazara maraq məhdud qalır.

Ekspert vurğulayıb ki, Bakı Fond Birjasında elektron infrastruktur müəyyən səviyyədə inkişaf etsə də, səhm bazarı hələ beynəlxalq standartlardan geri qalır.

Analitiklər hesab edirlər ki, enerji, nəqliyyat və telekommunikasiya sektorları xarici investorlar üçün cəlbedici olsa da, beynəlxalq fond bazarlarına çıxış üçün şəffaflıq, hüquqi təhlükəsizlik və bazar etibarı daha da gücləndirilməlidir.
Geri dön