Ana Sayfa > Cəmiyyət / Karusel > Azərbaycanda gənc yazar intihar etdi - Yenilənib

Azərbaycanda gənc yazar intihar etdi - Yenilənib


16-03-2017, 10:38. Yazar: admin
Azərbaycanda gənc yazar intihar etdi - Yenilənib



Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb. (Trend)

***

İntihar edən şəxs gənc yazar Mövlud Mövluddur.

AİA.az
Geri dön