Ana Sayfa > Özəl > Gədəbəydə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırıldı
Gədəbəydə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırıldıBu gün, 12:07. Yazar: azer |
![]() Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında şahmat üzrə rayon turniri keçirildi. Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı, Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektoru, Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, Gədəbəy rayonu Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi və Gədəbəy İdman Klubu təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən şahmat turnirinin 1-ci və 2-ci yerin qalibləri fəxri fərmanlarla mükafatlandırıldılar. aia.az xəbər verir ki, çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik və gənclər siyasətinin ölkənin inkişafında mühüm rolunu vurğulamışdır. O, şahmat turnirinin gənclərin intellektual inkişafına və strateji düşüncə bacarıqlarının formalaşmasına töhfə verdiyini qeyd etmişdir. Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Beyrək Bağırov şahmatın gənclərin intellektual inkişafında mühüm əhəmiyyətini qeyd etmişdir. Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Röyal İsmayılov isə ölkədə gənclərə göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır. Sonda qalib iştirakçılar və Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Beyrək Bağırov Fəxri fərmanla mükafatlandırıldılar. Qaliblərlə xatirə şəkli çəkildi. Geri dön |