Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Azərbaycan Prezidentinin rasionallığa, təkzibolunmaz tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan fikirləri gələcək inkişafın aydın yol xəritəsini cızır”

Adəm İsmayıl Bakuvi: “Azərbaycan Prezidentinin rasionallığa, təkzibolunmaz tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan fikirləri gələcək inkişafın aydın yol xəritəsini cızır”


Bu gün, 10:29. Yazar: azer
Adəm İsmayıl Bakuvi: “Azərbaycan Prezidentinin rasionallığa, təkzibolunmaz tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan fikirləri gələcək inkişafın aydın yol xəritəsini cızır”

“Azərbaycan qlobal siyasət meydanında öz sözünü rəqəmlərlə, reallıqlarla və cəsarətli addımlarla deyən qüdrətli bir dövlətə çevrilmişdir. Ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi təkcə onun təşkilatçılıq bacarığını deyil, həm də beynəlxalq arenada etibarlı tərəfdaş və mühüm dialoq məkanı olaraq qəbul edilməsinin bariz göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzlu “Euronews” televiziyasına verdiyi müsahibədə səslənən fikirlər ölkəmizin milli maraqlarının dünya mediasında qətiyyətlə qorunmasının növbəti bariz nümunəsidir. Dövlətimizin başçısının rasionallığa, təkzibolunmaz tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan cavabları dünya ictimaiyyətinə regiondakı real vəziyyətlə bağlı ən dürüst ismarıcları ötürməklə yanaşı, gələcək inkişafın da aydın yol xəritəsini cızır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri qeyd edib ki, bu gün rəsmi Bakının həm Şərq, həm də Qərb platformalarında balanslaşdırılmış, müstəqil və prinsipial xarici siyasət yürütməsi beynəlxalq birliyin Azərbaycana olan etimadını və rəğbətini durmadan artırır: “Ölkəmiz artıq sadəcə zəngin enerji resursları ilə tanınan bir coğrafiya deyil, həm də qlobal çağırışlara verdiyi intellektual, humanist və sülhməramlı töhfələrlə planetin gələcək inkişaf modelinin formalaşmasında fəal iştirak edən aparıcı qüvvədir. Azərbaycanın hədəfi Cənubi Qafqazda uzunmüddətli sülhün, sabitliyin və yeni əməkdaşlıq erasının başlanmasıdır. Bu məqsədlə dövlətimizin irəli sürdüyü ədalətli prinsiplər regionun gələcək rifahının əsas təminatına çevrilir. Eyni zamanda, regionda kommunikasiyaların açılması, yeni nəqliyyat və loqistika dəhlizlərinin yaradılması təkcə yerli miqyasda deyil, qlobal müstəvidə iqtisadi inteqrasiyanı sürətləndirən strateji amildir. Bu sülh və quruculuq fəlsəfəsinin ən parlaq təzahürünü işğaldan azad edilmiş torpaqlarımızda görmək mümkündür. Qarabağ və Şərqi Zəngəzurun sıfırdan yenidən doğulması, bu torpaqlarda aparılan nəhəng quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətini və öz tarixi köklərinə sarsılmaz bağlılığını bütün dünyaya nümayiş etdirir. Azərbaycan regional liderlik kontekstində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və mənbələrin şaxələndirilməsində mühüm rol oynamaqda davam edir, ənənəvi enerji layihələrini uğurla idarə edir. Lakin rəsmi Bakı bununla məhdudlaşmır; ölkəmiz bərpa olunan və alternatif enerji mənbələrinin inkişafına böyük sərmayələr qoyaraq qlobal “yaşıl keçid” prosesinin ön sıralarında qərarlaşır. Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və dayanıqlı şəhərsalma layihələri bu gün Azərbaycanın milli inkişaf strategiyasının nüvəsini təşkil edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu çoxşaxəli daxili və xarici siyasət kursu Azərbaycanın qlobal arenadakı sarsılmaz mövqeyini növbəti onilliklər üçün daha da möhkəmləndirir” – deyə, Azər İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön