Ana Sayfa > Siyasət / Manşet > Zakir Həsənov generallarla birlikdəTürkiyəyə getdi

Zakir Həsənov generallarla birlikdəTürkiyəyə getdi


Bu gün, 18:00. Yazar: Subhan
Zakir Həsənov generallarla birlikdəTürkiyəyə getdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.

aia.az xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyətinin Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə və gündüz mərhələlərində iştirakı planlaşdırılır.

aia.az
Geri dön